Modern.az

Türkiyədən Quranla bağlı ÇAĞIRIŞ

Türkiyədən Quranla bağlı ÇAĞIRIŞ

31 İyul 2023, 00:51

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billströmlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, telefon danışığının bir sıra detalları açıqlanıb.

 

"Reuters"in məlumatına görə, Hakan Fidan İsveçi Quranın yandırılmasının qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb. 

 

Türkiyə XİN başçısı ifadə azadlığı adı altında bu cür “iyrənc əməllərin” davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib. 

 

Qeyd edək ki, son həftələrdə İsveç və Danimarkada Quranın yandırılması ilə bağlı bir neçə aksiya keçirilib və bu, müsəlmanlar arasında hiddət doğurub. İsveçin baş naziri Ulf Kristersson iyulun 30-da bildirib ki, danimarkalı həmkarı Mette Frederiksen ilə danışıqlar zamanı vəziyyətin təhlükəli olması barədə razılığa gəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir