Modern.az

Yaşayış binasında YANĞIN

Yaşayış binasında YANĞIN

31 İyul 2023, 08:30

Bakıda yaşayış binasında yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan otağın tavanı və divar kağızı 15 m² sahədə qarsalanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər