Modern.az

Şagirdləri "2" alan rayon təhsil şöbəsinin müdiri: “Masallıdan zəif rayon yoxdur ki?“

Şagirdləri "2" alan rayon təhsil şöbəsinin müdiri: “Masallıdan zəif rayon yoxdur ki?“

Təhsil

1 Avqust 2013, 10:20


Yeni təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə ümumtəhsil məktəblərini bitirən bütün məzunlara hansı qiymət almasından asılı olmayaraq attestat verilir. Yəni artıq buraxılış imtahanlarında “2” qiyməti alan məzunlar də attestat almaq imkanındadır. Lakin təhlillər göstərir ki, dərs davamiyyəti zəif olan şagirdlərin sayı artmaqdadır.
Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən 2012-2013-cü tədris ilini başa vurarkən ən çox “2” qiyməti alan rayonların siyahısını açıqlayıb. Belə ki, ilk beşlikdə Sabirabad, Saatlı, Daşkəsən, Cəlilabad, Masallı məzunlarıdır.

Həmin rayonlardan seçilmiş deputatlar artıq öz rəylərini Modern.az-a açıqlayıblar. Bəs yerli Təhsil şöbələri bu haqda nə düşünür? Masallı rayon Təhsil şöbəsinin müdiri Astan İbişov bununla bağlı Modern.az-ın sualına belə reaksiya verdi: “Masallıdan zəif rayon yoxdur ki?“.
 Astan İbişov rayon Təhsil şöbəsinin bu məsələ ilə maraqlandığını bildirib. “Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və rayon İcra hakimiyyətində lazımi müzakirələr aparıldıqdan sonra məlumat verə bilərik. Hər biri ilə ayrı-ayrılıqda müzakirələr olacağı üçün bu haqda indidən danışmaq tezdir”.  

Aytən ƏLİYEVA
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım