Modern.az

Özünü öldürmək istədi, son anda xilas edildi - VİDEO

Özünü öldürmək istədi, son anda xilas edildi - VİDEO

31 İyul 2023, 10:26

Xırdalanda intihara cəhdin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində, qəbiristanlığın yaxınlığında bir nəfər intihar məqsədilə yürüstü keçidin üzərinə çıxıb.

 

Hadisə ilə əlaqədar yol hər iki istiqamətdə bağlanıb. Əraziyə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

 

Son məlumatlara görə, özünü öldürmək istəyən kişi xilas edilib. Onun ailə problemləri səbəbindən intihara cəhd etdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər