Modern.az

Polis baş redaktoru saxlayıb

Polis baş redaktoru saxlayıb

Media

1 Avqust 2013, 10:34

“Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli dünən polis tərəfindən saxlanılıb. Modern.az-ın məlumatına görə, bu barədə facebook-da onun dostları xəbər veriblər. Jurnalistin Xətai rayon 37-ci Polis Bölməsinə aparıldığı bildirilir. Məlumata görə, S.Əlibəyli xuliqanlıqda ittiham olunur.

Qeyd eək ki, əvəllər “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərində işləmiş Sərdar Əlibəyli bundan öncə də həbsdə olub.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi