Modern.az

Leysana görə 31 mindən çox insan təxliyə edildi

Leysana görə 31 mindən çox insan təxliyə edildi

31 İyul 2023, 13:22

Çinin paytaxtı Pekində güclü leysan yağışları səbəbindən 31 mindən çox insan təxliyə edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə “CCTV” telekanalı məlumat yayıb.

 

Sinoptiklər bildiriblər ki, şənbə günü axşam saatlarından bazar ertəsi səhərə qədər orta hesabla 157,8 mm yağıntı qeydə alınıb. Çayların daşaraq sel və torpaq sürüşməsinə səbəb olacağı gözlənilir. 

 

Digər məlumata görə, bu gün Pekində 180-dən çox reys təxirə salınıb. Eyni zamanda, paytaxtın 350-dən çox avtomobil yolunda hərəkət dayanıb. 

 

Bununla yanaşı, Hebei, Tyantszin vilayətlərində, eləcə də Şansi bölgəsində leysan davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir