Modern.az

Türkiyə XİN başçısı: Sülh prosesini dəstəkləyirik 

Türkiyə XİN başçısı: Sülh prosesini dəstəkləyirik 

Aktual

31 İyul 2023, 14:17

Hazırda Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

"Türkiyə olaraq biz bu təmasları yaxından izləyirik. Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Bununla bərabər biz sülh prosesini dəstəkləyirik", - o deyib.

 

Hakan Fidan Ermənistan və Türkiyə arasında münasibətlərə də toxunub: "Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlər görülür. Hələ ki, danışıqlar aparılır". 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi