Belarusun müdafiə naziri Viktor Xrenin İrana səfərinin məqsədi məlum olub.
Modern.az xəbər verir ki, Minsk və Tehran arasında 2023-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyinin rəhbəri İranda rəsmi səfərdədir. Onun səfər zamanı bir sıra görüşlər keçirməsi planlaşdırılır.