Modern.az

Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib

Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib

31 İyul 2023, 16:10

Şənbə günü Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunan erməni cinayətkar Vaqif Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib.


Modern.az xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın qızı Vera Xaçaturyan danışıb.


“BQXK-dən mənə dedilər ki, atan məktub göndərmək istəmir”, - o bildirib.


Vera Xaçaturyana BQXK-dən məlumat verilib ki, komitə onun atasına iyulun 29-da baş çəkib.

 

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

 

Kütləvi qırğınla əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

 

O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi