Modern.az

Qiyamçılardan Fransaya qarşı sərt ADDIM

Qiyamçılardan Fransaya qarşı sərt ADDIM

31 İyul 2023, 17:34

Nigerdə ​​hakimiyyəti ələ keçirən qiyamçılar Fransaya uran və qızıl ixracını dayandırmaq qərarına gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV hərbçilərin bəyanatına istinadən məlumat yayıb.

 

Qiyamçılar, həmçinin Fransanı devrilən prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün hərbi müdaxilə təşkil etməkdə ittiham ediblər.

 

“Bizim uranımız, almazımız, qızılımız, neftimiz var və biz qul kimi yaşayırıq? Təhlükəsizliyimiz üçün fransızlara ehtiyacımız yoxdur”, - qiyamçılardan biri deyib.

 

Xatırladaq ki, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır. Müxtəlif hesablamalara görə, Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə olunan uranın 15%-17%-i Nigerin payına düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir