Modern.az

“Eldar Namazov Tiflisdədir, Moskvaya getməyib”

“Eldar Namazov Tiflisdədir, Moskvaya getməyib”

Təhsil

1 Avqust 2013, 12:26

“Eldar Namazov hazırda Tiflisdədir, Moskvaya getməyib” Bu barədə Modern.az-a Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. Milli Şuranın Tiflis görüşündə iştirak edən E.Quliyev  Eldar Namazovun Rüstəm İbrahimbəyovla birgə Moskvaya getməsi haqda yayılan xəbərlərin doğru olmadığını deyib:

“Mən Tiflisdən bu gün qayıtmışam.  Avtomobillə qayıtdım. Mən Tiflisdə olan zaman Eldar Namazovun Moskvaya səfəri nəzərdə tutulmamışdı. O hazırda məndə olan məlumata görə Tiflisdədir. Eldar bəyin Tiflisdən birbaşa təyyarə ilə Bakıya gələcək. Moskvaya getməsi gündəmdə deyildi. Eldar bəy sabah təyyarə ilə Bakıda olacaq”-deyə E.Quliyev bildirib.

Qeyd edək ki, mətbuatda yayılan xəbərə əsasən, Mili Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov “Tiflis sammiti”ndən sonra Rüstəm İbrahimbəyovla birgə Moskvaya gedib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım