Modern.az

Ərdoğan Ceyhun Bayramovla nələri müzakirə edib?

Ərdoğan Ceyhun Bayramovla nələri müzakirə edib?

31 İyul 2023, 17:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

 

 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

 

Modern.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

 

Ərdoğan və Bayramov, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə fikir mübadiləsi aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir