
Rusiya prezidenti Vladimir Putinin İranın yeni prezidenti Həsən Ruhani ilə görüşü Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 13-də Bişkekdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.
Modern.az bildirir ki, bu barədə İranın Moskvadakı səfiri Seyid Mahmud-Rza Səccadi keçirdiyi mətbuat konfransıda bildirib. Seyid Mahmud-Rza Səccadi qeyd edib ki, Vladimir Putinin və İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin ilk dəfə Qırğızıstanın paytaxtı Bişkekdə görüşəcəklər. Səfir prezidentlərin avqust ayında görüşəcəkləri ilə bağlı məlumatın isə doğru olmadığını bildirib.
Qeyd edək ki, Rusiya və İran mətbuatı keçən həftə Vladimir Putinin avqust ayında Tehrana gedib İranın nüvə proqramı ilə bağlı Həsən Ruhani ilə görüşəcəyini bildirmişdi.
Peykər İbrahimova