Modern.az

Ukraynada \"Bayraktar\" üçün mərkəz açılacaq 

Ukraynada \

31 İyul 2023, 21:28

Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) təmiri üçün xidmət mərkəzi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Makina” şirkəti arasında saziş imzalanıb.

 

Müqavilədə “Bayraktar” pilotsuz uçan aparatlarının təmiri və texniki xidmət üzrə mərkəzin tikintisi nəzərdə tutulub.

 

"Xidmət mərkəzinin yaradılması Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbəmizi yaxınlaşdırmağa kömək edəcək", - Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşçenko bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir