Modern.az

Yol polisi Bakıda reydlərə başlayır

Yol polisi Bakıda reydlərə başlayır

Təhsil

1 Avqust 2013, 12:55

“Jurnalistika ve İnkişaf Mərkəzi” İctimai Birliyi Bakı şəhər Dövlət  Yol Polisi İdarəsi ile birgə tədbir keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən  DYP mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, 2004-cü ildən indiyədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hər ilin avqust ayının 1-dən 31-dək  təmiz hava aylığı keçirilir.

Onun sözlərinə görə, havaya normadan artıq karbon qazı buraxan avtomobillər 150 manat cərimə olunacaq.

“Bakının küçələrində avtomobillərin mühərriki yoxlanılacaq"-deyə V.Əsədov bildirib.

V.Əsədov həmçinin bildirib ki 2012-ci ildə 2523 avtomobilin hərəkətinə qadağa qoyulub. DYP rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin balansında olan 6 min avtomobil qeydiyyata alınaraq yoxlanılır.

İctimai Birliyin sədri Elməddin Muradlı isə bildirib ki, bir avtomobil havaya 200-230 zəhərli qaz ixrac edir. DYP rəsmisi isə əlavə edib ki, insanlar arasında əsas ölüm halları da məhz dəm qazından boğulmadan yaranır.

Tədbirdə daha sonra Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Ekoloji Ölçmə Departamentinin rəisi Xaqani Quliyev çıxış edib. O bildirib ki, Azərbaycanda yeni  avro 5 və avro 6 standartlı benzin istehsal olunacaq.

ARDNŞ nümayəndəsi qeyd edib ki, 2015-ci ildə kompleksin tikintisi tam başa çatandan sonra yeni benzin standartları istehsal olunacaq.

Qeyd edək ki, Jurnalistika ve İnkişaf Mərkəzi İctimai Birliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərtə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili adlı layihə həyata keçirir.

 


Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım