Modern.az

Metroda problem - Qatarlar 20 dəqiqə gecikdi

Metroda problem - Qatarlar 20 dəqiqə gecikdi

Hadisə

1 Avqust 2023, 08:00

Bu gün Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

 

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

 

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu