Modern.az

İlham Əliyev birinci oldu - SORĞU

İlham Əliyev birinci oldu - SORĞU

Təhsil

1 Avqust 2013, 13:02


Avqustun 1-də “Rəy” Monitorinq Mərkəzi prezident seçkisi mövzulu rəy sorğusunun nəticələrini yayıb. Açıqlamaya görə, respondentlərin 11,7%-i tam əminliklə müxalifət düşərgəsində “Milli Şuranın mövcudluğundan xəbərim var” deyə bildirib, daha 17,2% isə “Bu barədə nəsə eşitmişəm” deyib: “Bu, sorğu iştirakçılarının 30%-ə yaxınını təşkil edir, onların da dörddə üçü Bakı sakinləridir.

Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi irəli sürülməsindən seçicilərin 86,1%-i xəbərsizdir. “Prezidentliyə namizədin irəli sürülməsi Sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz” sualını cavablandırarkən respondentlərin yalnız 1%-i Rüstəm İbrahimbəyovun adını çəkib. Bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6% isə Əli Kərimlinin namizədliyini irəli sürərdi.

“Bu namizədlərdən hansına səs verərdiniz” sualına cavabda isə rəyi soruşulanların 81,2%-i İlham Əliyevin, 2%-dən az hissəsi İsa Qəmbərin və təxminən 1%-i Əli Kərimlinin adını çəkib”.

Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım