Modern.az

Vahid Əhmədov Hacıbaba Əzimovu təbrik etdi

Vahid Əhmədov Hacıbaba Əzimovu təbrik etdi

Təhsil

1 Avqust 2013, 14:04
 

Avqustun 1-də ”istiqlalçı deputat”, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun ad günüdür, onun 75 yaşı tamam olur.
Modern.az saytının xəbərinə görə, Milli Məclisin üzvü, digər “istiqlalçı deputat” Vahid Əhmədov keçmiş həmkarı Hacıbaba Əzimovu yubiley yaşı münasibətilə təbrik edib

V.Əhmədov bildirib ki, o, H.Əzimova xalqın taleyüklü problemlərinə layeqd qalmayan vətənpərvər ziyalı, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsi, müstəqil dövlət quruculuğunun inkişafında xidmətləri olan tanınmış elm xadimi kimə yüksək dəyər verir. H.Əzimovun deputat olduğu illəri yada salan V.Əhmədov deyib ki, o, sözün tam mənasında xalqın əsl təmsilçilərindən biri olub. Eyni zamanda H.Əzimovun  1991-ci ildə keçmiş Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı respublikada ümumxalq səsverməsi (referendum) keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verən millət vəkilindən biri olduğunu, Lənkəran Dövlət Universitetinin qurulmasındakı xidmətlərini da xatırladıb.
“Mən tanınmış ziyalı, professor Hacıbaba Əzimovu 75 yaşının tamam olması münasibətilə təbrik edirəm. Ona keçdiyi şərəfli ömür yolunda can sağlığı arzulayıram”- deyə V.Əhmədov bildirib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım