Modern.az

Çin lideri orduya “döyüşə hazır ol” əmri verdi

Çin lideri orduya “döyüşə hazır ol” əmri verdi

1 Avqust 2023, 12:37

Çin lideri Si Cinpin Çin Xalq Azadlıq Ordusunu hərbi quruluşun 96-cı ildönümü ərəfəsində hazır olmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Çin liderinin bəyanatı Tayvanla münasibətlərin davamlı şəkildə pisləşməsi fonunda verilib. Si Cinpin bildirib ki, ordu döyüş qabiliyyətini və döyüş hazırlığını təkmilləşdirməlidir.

 

“Biz döyüş qabiliyyətinin formalaşmasını sürətləndirmək üçün yeni texnologiyalara və yeni qüvvələrə arxalanmalıyıq”, - ölkə başçısı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi