Modern.az

Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI

Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI

1 Avqust 2023, 15:44

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək