Bu gün “Aznews.az” saytının 1 yaşı tamam olur. 2012-ci il avqustun 1-də ilk xəbərləri ilə oxucuların görüşünə gələn Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlu Modern.az-a açıqlamasında bildirib ki, sayt operativ, etibarlı və dolğun xəbər siyasəti ilə qısa zamanda oxucuların etimadını qazanaraq xəbər məkanında özünəməxsus yer tutmağı bacarıb.
“Bir il ərzində əslində Aznews.az Azərbaycanın media aparıcı saytlarından birinə, ictimai fikrə təsir edən media orqanına çevrilə bildi. Oxucularımız nəticənin necə olduğunu daha yaxşı bilərlər, amma mən bunu normal qiymətləndirirəm. Əlbəttə daha yaxşı nəticələr əldə etmək olardı, amma bu da bizi qane edir. İnşallah növbəti ildə daha yaxşı fəaliyyət göstərməyə çalışacağıq”.
Aytən ƏLİYEVA