Modern.az

Azərbaycanda kişini arvadı ilə ŞANTAJ edən dələduzlar yaxalandılar

Azərbaycanda kişini arvadı ilə ŞANTAJ edən dələduzlar yaxalandılar

1 Avqust 2013, 15:52

Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbov və İsmayıl İbrahimovun onu şantaj etdiklərini bildirib. Vətəndaş şikayətində qeyd edib ki, adları çəkilən şəxslər çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəyiblər.

Modern.az DİN mətbuat xidmətinə istinadən bildiri ki, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım