Prezident İlham Əliyevin ötən axşam Moskvaya qəfil səfərə getməsi ilə bağlı məlumatlar yayılıb. “Turan” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, ölkə başçısı iyulun 31-də gecə Moskvaya xüsusi səfərə gedib. Xəbərdə bildirilir ki, Prezident Moskvanın tam mərkəzində, Kremldən iki addım məsafədə yerləşən Lotte Hotel-də yerləşib.
Məlumatda həmçinin Azərbaycan prezidentinin Rusiyanın baş naziri Dmitri Medvedevlə qeyri-rəsmi görüş keçirdiyi bildirilir.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Prezident Administrasiyası ilə əlaqə saxlayıb.
Prezidentin mətbuat xidməti əməkdaşımızın sorğusuna “bizdə belə bir məlumat yoxdur” deyə cavab verib.
Anar RÜSTƏMOV