Venesuelanın daxili işlər naziri Radriqes Torres ölkə prezidenti Nikolos Maduroya qarşı hazırlanmış sui-qəsd planından danışıb. Bu açıqlama ölkə gündəmində xeyli marağa səbəb olub. Modern.az xəbər verir ki, yerli “Telesur” telekanalına açıqlamasında o, bildirib ki, tərtib edilmiş plana əsasən strateji obyektlərdən birinə basqından sonra prezidentə snayperlə atəş açılmalıymış.
Nazir sözügedən sui-qəsdin iyulun 24-də həyata keçirilməli olduğunu da deyib. Məlumata görə, planın hazırlıqları prezident seçkilərinə az qalmış, aprel ayından başlanılıb.R.Torres sui-qəsdi təşkil edənlərin adını da açıqlayıb. Bu siyahıda Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe, Hondurasın prezidenti Roberto Miçeletti, kubin terror təşkilatının nümayəndəsi Posadı Karilesa və Mərkəzi Kəşfiyyat İdarəsinin anonim əməkdaşı qeyd edilir. Həmçinin radikal sağçılar və müxalif cəbhənin prezidentliyə namizədi Enrike Kaprilesin də adı çəkilir.
Elçin MURAD