Türkiyənin Bursa vilayətində baş verən yanğın sənaye obyektlərinə keçib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, yerli saatla 16:30 radələrində baş verən yanğın 10 fabrikə yayılıb.
Hazırda davam edən yanğına 105 yanğınsöndürən maşın və 200 canlı qüvvə cəlb olunub. Yanğın söndürmə işlərinə polis və jandarma qrupları da dəstək verir.