Modern.az

Klublar millinin baş məşqçisini topa tutdular: “Bəs Berti Foqts nə edib?”

Klublar millinin baş məşqçisini topa tutdular: “Bəs Berti Foqts nə edib?”

Təhsil

1 Avqust 2013, 17:35


Azərbaycan yığmasının alman məşqçisi Berti Foqts son açıqlamasında millidəki uğursuzluqların səbəbinin klublarda olduğunu bildirib. Bu azmış kimi alman çalışdırıcı Ağdamın “Qarabağ” klubunun da Avroliqada çox uzağa gedə bilməyəcəyini bəyan edib.

Modern.az-a verdiyi şərhdə “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov bildirib ki, Azərbaycanda elə bir adam tapılmaz ki, Berti Foqtsun 6 illik fəaliyyətini uğurlu saysın.

““Qarabağ” klubu isə ən azı son 4 ildə iki mərhələ keçib, nəticə göstərib. Bəs Berti Foqts nə edib? Hansı futbolçunu Azərbaycan futboluna bəxş edib ki, deyək, bu, Foqstun tapıntısıdır”.
“Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, milli komandaya yaradılmış şərait əvvəlki illərdəki kimi deyil.

“İndi Foqts çox böyük imkanlar yaradılıb. Hamımız şahidik ki, hər il çempionatda ona neçə dəfə fasilə yaradılır. Bütün ölklərdə milli futbolçuları 3 gün qabaq toplanışa yığışırsa, Azərbaycanda 20 gün qabaq futbolçunu Foqtsun ixtiyarına veririk. Onun klubları təqsirkar sayması qərəzli fikirdir. Məşqçinin heç tutarlı dəlili yoxdur”.  

Abbas Qəmli    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım