Modern.az

Azərbaycan nefti cüzi ucuzlaşdı

Azərbaycan nefti cüzi ucuzlaşdı

2 Avqust 2023, 09:24

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarlarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,6% azalaraq 88,76 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi