Modern.az

KTMT Ermənistan sərhədinə missiya göndərməyə hazırdır - Rusiya XİN

KTMT Ermənistan sərhədinə missiya göndərməyə hazırdır - Rusiya XİN

Dünya

2 Avqust 2023, 10:32

KTMT Ermənistan və Azərbaycan sərhədinə müşahidə missiyası yerləşdirmək mövzusuna qayıtmağa hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan "RİA Novosti"yə bildirib.

 

O əlavə edib ki, təşkilat İrəvanın cavabını gözləyir. XİN rəsmisinin sözlərinə görə, Moskva bu addımın "ümumi regional vəziyyətə müsbət təsir edəcəyinə" əmindir.

 

"Qərb dövlətləri “Rusiyaya və onun Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq” üçün Rusiyanın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiqlər etməyə çalışırlar", - Ağasandyan qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir