Modern.az

Metroda qadının telefonu oğurlandı

Metroda qadının telefonu oğurlandı

Hadisə

2 Avqust 2023, 10:38

Bakı metrosunda qadının telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “20 Yanvar” stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu