Modern.az

İran mübahisəli adalarda hərbi təlimlərə başladı

İran mübahisəli adalarda hərbi təlimlərə başladı

Dünya

2 Avqust 2023, 10:58

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iddia etdiyi Fars körfəzi adaları ətrafında hərbi dəniz təlimlərinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

 

Təlimlərdə gəmilər, raketlər və pilotsuz uçuş aparatları iştirak edir. Agentliyin məlumatına görə, təlimlərin məqsədi İranın körfəz adalarını, xüsusən də körfəzin şərq hissəsində yerləşən Əbu Musa adasını mühafizə etməyə hazır olduğunu nümayiş etdirməkdir.

 

Hərbi təlimlər zamanı İran 600 km mənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini nümayiş etdirib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir