Modern.az

Kəlbəcərin işğal günü ilə bağlı yeni VİDEO

Kəlbəcərin işğal günü ilə bağlı yeni VİDEO

Təhsil

1 Avqust 2013, 18:42

İnternetdə ermənilərin Kəlbəcəri işğal etmələri ilə bağlı yeni video yayılıb. Qaynar.info xəbər verir ki, videogörüntüdə 1 aprel 1993-cü ildə Kəlbəcər rayon mərkəzinə girən erməni silahlı dəstələri, İstisu istiqamətində irəliləyəcəklərindən danışırlar. 

Şəhərdə hələ də mülki azərbacanlılar var. Videogörüntüdə 4 nəfər azərbaycanlı mülki şəxsin əsir düşdüyü anlaşılır. Onlardan birinin dediyinə görə valideynləri ondan xəbərsiz gedib, özünün də olanlardan xəbəri yoxmuş. 

O bildirib ki, binədə mal-qara saxlayan çobandır və camaatın köçüb-getməsindən xəbər tutmayıb. 

Videogörüntüdə ermənilərin azərbaycanlı əsirləri söyüb təhqir etdiyi də aydın şəkildə anlaşılır. 

Video həmin tarixdə erməni silahlılarıyla birlikdə Qarabağda olan Türkiyə ermənisi Sarkis Hatspaniyan tərəfindən qeydə alınıb. Video "Neo Dədə Qorqud" Fikir Yayım bloqu tərəfindən tərcümə edilib.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım