Modern.az

Şimali Kiprin tanınmasına maneə yoxdur - Britaniyalı deputat

Şimali Kiprin tanınmasına maneə yoxdur - Britaniyalı deputat

2 Avqust 2023, 16:04

BMT-nin Şimali Kipr Türk Respublikasını müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Şimali İrlandiyadan olan deputatı Semmi Uilson deyib.

 

O, Şimali Kiprin müstəqil dövlət kimi tanınmasını dəstəkləyən məqalə yazıb. Deputat bildirib ki, Şimali İrlandiyada məzhəb və separatçı münaqişələrin və problemlərin sona çatması ilə nəticələnən müqavilə Yaxşı Cümə Müqaviləsi (1998-ci ildə) Kiprə də tətbiq oluna və Kipr probleminin siyasi həllinə kömək edə bilər. 

 

Uilson qeyd edib ki, vasitəçilər Kipr türkləri ilə yunanlar arasında bu razılaşmaya vasitəçilik etməsi məntiqli olar: "Böyük Britaniya bu rolu yerinə yetirə biləcəyinə inanınıram. Böyük Britaniya Kiprdə gələcək və daimi sülh razılaşması üçün şablon ola biləcək Yaxşı Cümə Sazişinin tərəfdarıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir