Modern.az

Rüstəm İbrahimbəyov Moskvaya qayıtdı

Rüstəm İbrahimbəyov Moskvaya qayıtdı

1 Avqust 2013, 19:38


“Bu gün Rusiya vətəndaşlığından çıxmaq prosedurunu sürətləndirmək üçün Moskvaya gedirəm. Bu, kifayət qədər uzun prosesdir və onu sürətləndirmək üçün Moskvada olmağım həddindən artıq zəruridir”, - deyə Milli Şuradan vahid namizəd Rüstəm İbrahimbəyov Turan-ın müxbiri ilə telefon söhbətində bildirib.

O qeyd edib ki, Bakıya yalnız ona görə gəlməyib ki, hakimiyyət onu saxta cinayət işi ilə əlaqədar saxlaya bilərdi.

“Onlar məndən ölkəni tərk etməmək haqqında iltizam ala və Rusiya vətəndaşlığından çıxma prosedurunu sürətləndirməyimə imkan verməyə bilərdilər. İndi mən mövcud məsələləri yoluna qoymaq niyyətindəyəm, bundan dərhal sonra Bakıya gələcəyəm”, - deyə o qeyd edib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım