Modern.az

İranda neft zavodu YANIR

İranda neft zavodu YANIR

Dünya

2 Avqust 2023, 16:32

İranın qərbində yerləşən Loristan vilayətinin Durud rayonunda neft emalı zavodunda yanğın başlayıb.

 

Modern.az bildirir ki, bu barədə İranın İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

 

Məlumata görə, Durud rayonunda yerləşən sənaye bölgəsindəki neft emalı zavodunda günortadan əvvəl baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

 

Hadisənin səbəbi məlum deyil və yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir