Modern.az

“İbrahimbəyov Rusiya vətəndaşı deyil, çünki...”

“İbrahimbəyov Rusiya vətəndaşı deyil, çünki...”

Təhsil

1 Avqust 2013, 20:02

“Rusiya qanunvericiliyinə görə, Rüstəm İbrahimbəyov sadələşdirilmiş şəkildə onun vətəndaşı olmadığına dair arayış ala bilər”. Modern.az saytının məlumatına görə, bu fikirləri Milli Şurada təmsil olunan Azərbaycan Liberal Partiyasının (ALP) sədri, vəkil Əvəz Temirxan bildirib.

Məsələyə hüquqi aspektdən yanaşan partiya sədrinin sözlərinə görə, Milli Şura sədri sadə şəkildə Rusiya vətəndaşı olmadığına dair arayış ala bilər.

“Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı deyil, çünki o heç zaman Rusiya vətəndaşlığını qəbul etmək haqqında bu ölkənin hakimiyyət orqanlarına müraciət etməyib.

Rusiya qanunvericiliyinə görə, Rüstəm İbrahimbəyov sadələşdirilmiş şəkildə onun vətəndaşı olmadığına dair arayış ala bilər”-deyə vəkil bildirib.

Qeyd edək ki, Milli Şuranın vahid namizədi Rustəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı məsələ tez bir vaxtda və sadə şəkildə həll oluna bilər. Qalmaqalla bağlı qonşu ölkənin qanunvericiliyini araşdıran Modern.az saytı bildirir ki, Vladimir Putinin 2002-ci il 14 noyabrda imzaladığı “Rusiya Federasiyası vətəndaşlığına dair məsələlərə baxılması Qaydaları” haqqında 1325 saylı sərəncamda əks olunmuş maddə buna imkan verir.

Həmin sərəncamın 59-cu bəndində vaxtilə SSRİ vətəndaşı olmuş şəxslərin bununla bağlı hazırkı hüquqi statusu şərh edilib. “SSRİ vətəndaşı olmuş şəxslər əgər Rusiya  Federasiyasının vətəndaşlığı almayıblarsa, bu qanunun qüvvəyə minmədiyi dövr ərzində bu vətəndaşlığı təsdiq etməyiblərsə, onlara özlərinin sərbəst formada yazdıqları ərizəyə müvafiq olaraq Rusiya vətəndaşı olmadıqlarını təsdiq edən arayış verilə bilər”-deyə Putinin imzaladığı sərəncamda göstərilir.   

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım