Modern.az

Azərbaycanda 53 abituriyent ali məktəbə imtahansız qəbul olub

Azərbaycanda 53 abituriyent ali məktəbə imtahansız qəbul olub

Təhsil

1 Avqust 2013, 21:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il 53 abituriyent ali təhsil müəssisələrinə imtahansız qəbul olub.

Bildirilib ki, ali məktəblərə müsabiqədənkənar qəbul olan 53 abituriyentin 3-ü dünya fənn olimpiadalarının, 2-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin, 48-i isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım