Modern.az

Saakaşvili Milli Şuranı Rusiyaya işləməkdə İTTİHAM etdi

Saakaşvili Milli Şuranı Rusiyaya işləməkdə İTTİHAM etdi

Təhsil

1 Avqust 2013, 21:45


"Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır" Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixeil Saakaşvili Tbilisidə Azərbaycan müxalifətçilərinin - Milli Şura üzvlərinin görüşünü şərh edərək bildirib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır",-deyə  Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir. "Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır, hansınaki son aylarda artıq zərər vura bilib". Prezident qeyd edərək deyib ki, "Azərbaycanla münasibətləri qorumaq lazımdır".

Saakaşvili həmçinin vurğulayıb ki, "hər bir halda Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır".

Tbilisidə iyulun 30-31-də mehmanxanaların birində Azərbaycan müxalifətinin nümayəndələri danışıqlar aparıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım