Avqustun 1-də UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Modern.az-ın məlumatına görə, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin "Gefle" klubunu qəbul edib.
Avroliqada inamlı oyunları ilə seçilən “Qarabağ” bu görüşdə də azərbaycanlı azarkeşlərə qələbə sevinci yaşadıb. 89-cu dəqiqədə komandamızın oyunçusu Reynaldo görüşdə yeganə qolu vurub. Beləliklə, "Qarabağ" "Gefle"ni məğlub edib - 1:0
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.