Aralıq dənizi sahillərində Türkiyə vaxtı ilə saat 05:18-də 4,3 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Muğla vilayətinin Datça rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 6,94 kilometr dərinlikdə yerləşib.