Modern.az

Kiyevdə hava həyəcanı - Dronların hamısı vuruldu

Kiyevdə hava həyəcanı - Dronların hamısı vuruldu

Aktual

3 Avqust 2023, 09:04

Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə PUA-larla hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

 

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı 15 “Şahed” tipli kamikadze PUA-nı zərərsizləşdirib.

 

Dağıntılar və tələfatla bağlı məlumat yoxdur.

 

“Paytaxtda sonuncu hava həyəcan siqnalı düz 3 saat çəkib. Bu, Kiyev üçün genişmiqyaslı işğalın başlanğıcından bəri 820-ci idi”, - deyə Popko bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir