Avropanın bu ölkəsində çoxları düşünür ki, insanların yaşamaq haqqı kimi, dünyadan köçmək haqqı da qorunmalıdır
İsveçrə Avropanın həyat səviyyəsinə görə ən öndə gedən ölkələrindən biri olsa da, burda insanların könüllü şəkildə öz həyatlarına qəsd etməsi adi hala çevrilib. Bir Avropa ölkəsində nə qədər qəribə olsa belə federal səviyyədə insanların intiharına qadağa da yoxdur. İsveçrədə hətta insanları intihar yolu ilə o dünyaya yollamaq üçün iki təşkilat -“Diqnitas” (“Ləyaqət”) və “Ekzit” (“Çıxış yolu”) fəaliyyətdədir. Təəccüblənməyin, bəli İsveçrə Avropada dünya səviyyəsində intihar üçün cənnət ölkə hesab olunur. Bu ölkədə həyatdan vidalaşmaq üçün seçim edənlərin sayı çoxdur. Qeyd etdiyimiz kimi insanların seçimini reallaşdıracaq iki təşkilat fəaliyyət göstərir. 2011-ci ilin statistikasına görə, bu təşkilatların xidmətindən istifadə üçün müraciət edənlərin sayı 449 nəfər olub. Kanton polisi isə məlumat verib ki, Sürixdəki “Diqmitas”ın ərazisində 144 nəfər həyartı ilə vidalaşıb. Bu göstərici 2010-cu ildəkindən 35 faiz çoxdur. İntihar üçün isə daha çox natriumdan istifadə olunub. 2009-cu ildə bu təşkilatın rəhbəri “Diqnitas”ın işini daha da cəlbedici etmək üçün Lyüdviq Minelli Pfeffikon sənaye zonasında xüsusi sahə alıb,
İsveçrədə həyatdan köçmələrinə yardım edilənlərin yaş həddi 76,5-dir. Qadınlar kişilərdən daha tez-tez ölüm köməkçilərinin yanına qaçırlar. Ölümü seçənlərin əksəriyyəti əcnəbilərdir. Faktlara görə, 2011-ci ildə “Diqnitas”ın yardımı ilə həyatdan köç edənlərin yalnız 5 nəfəri isveçrəli olub. Qalanları evtanaziyaya qarşı daha sərt qanunların olduğu ölkələrdən gələnlərdir. “Ekzit”də də 2011-də 305 nəfər o dünyaya göndərilib. Təşkilatın vitse-prezidenti Bernard Sutterin sözlərinə görə, onlara müraciət edənlərin çoxu xərçəng xəstəliyinə yoluxanlardır.
Hər il İsveçrədə 1400 nəfər həyatı ilə vidalaşır ki, bunun üçdə ikisi kişilərdir. Sosioloqlar bunu sadə səbəblə izah edirlər: kişilər daha jestoko insan həyatına yanaşırlar, həm də şəxsi həyatlarına. Amma adıçəkilən təşkilatların rəsmiləri bunun əksini iddia edirlər. Məsələn, “Diqnitas”ın rəsmiləri deyir ki, onlara intihar üçün müraciət edənlər daha çox zəif cinsin nümayəndələri olurlar. “Ekzit”in qapısını yardım üçün döyənlərin yarıdan çoxu qadınlar olur. Qeyd edək ki, Avropanın bu ölkəsində çoxları düşünür ki, insanların yaşamaq haqqı kimi, dünyadan köçmək haqqı da qorunmalıdır.
“Ekzit”in də vitse-prezidenti Bernard Summerin fikrincə, könüllü intihar təşkili üçün ən yaxşı yer Sürixdir. Çünki burada hakimiyyət bu prosedura daha korrekt yanaşır.
İsveçrədə hər il yaşı 14-24 arasında olan gənclərin 10 min nəfərə yaxını özünü öldürməyə cəhd edir. Amma bu cəhdlərin yalnız 100-ü uğurlu alınır. Uşaq psixoloqu Urs Kinerin fikrincə, yeniyetmələrin intihar niyyətlərinin ciddi səbəbləri olmur: “Uşaq daima öz problemi haqda fikirləşir və qarşılaşdığı qorxunu bölüşməkdən çəkinir. Beləcə, o özünü küncə sıxışdırır. Amma uşaqları belə situasiyaya çatdırmağa ehtiyac yoxdur, ən vacibi odur ki, lazım olan anda onun yanında inandığı kimsə olmalıdır”.
İnanılmazı odur ki, ən varlı və inkişaf etmiş ölkələrdə belə intiharların qarşısının alınması məqsədilə kifayət qədər vəsait ayrılsa da, problemin həlli mümkün olmur. Yeniyetmələrə demək lazımdır ki, özünü öldürməsi problemin həlli yolu deyil. Təkcə yeniyetmələrə yox, valideynlərə də kömək etmək vacibdir. Çünki məhz onlar övladlarının psixoloji problemlərinə ilk reaksiya verməlidirlər. Vəsait həm də ciddi araşdırmaların aparılmasına lazımdır. Hazırda təkcə İsveçrədə deyil, ümumiyyətlə Avropada gənclər arasında intihar hallarının nəyə görə artması ilə bağlı ciddi araşdırma aparılmır. Amma təkcə İsveçrəni nümunə götürərək iddia etmək mümkündür ki, dövlətin iqtisadi sağlamlığı heç də burada yaşayan gənclərin psixoloji sağlamlığı üçün əsas şərt deyil.
Psixoloqun fikrincə, bütün dünyada yeniyetmələr çox oxşar psixoloji çətinliklərlə üzləşirlər: “Müraciətlərin 30 faizdən çoxu şəxsi və seksual münasibətlərlə bağlıdır. Bu, o qədər intim sahədir ki, yeniyetmələr nə valideynlərinə, nə də dostlarına danışa bilirlər. Ona görə vacibdir ki, onlar psixoloqlara müraciət etməyin vacib olduğunu bilməlidirlər. Onlara hazır cavablar lazım deyil, daha vacin olan onları kimlərinsə dinləməsidir. Ona görə valideynlərin də öz uşaqlarına diqqətlə yanaşması vacibdir.
Ekspetlər ən çox intihar baş verən ölkələrin adlarını açıqlayıblar. İsveçrə bu göstəriciyə görə birincidir. Hər il bu ölkədə 15-20 min insan öz həyatı ilə vidlaşmaq üçün cəhd edir. İntihara cəhddən ölənlərin sayı bir qayda olaraq ildə min nəfər olur ki, bu rəqəm yol qəzalarında dünyalarını dəyişənlərin sayından çoxdur. Araşdırmalar göstəriib ki, insanların çoxu pis məlumatlandırlır, yaxud depressiya və intiharla bağlı yanlış təsəvvürə malikdirlər. Məsələn, hesabatda qeyd edilir ki, çoxları həyatlarına qəsdi yaxşı düşünülmüş və planlaşdırılmış akt hesab edir. Həkimlərin qənaətinə görə, intiharların 70 faizi depressiya ilə bağlıdır.
Uşaqların, yeniyetmələrın psixoloji və sosial məsələləri ilə məşğul olan “Pro Juventute” təşkiltı da İsveçrənin intihar göstəricisinə görə Avropada birinci olduğunu açıqlayıb. Yeniyetmələr arasında özünü öldürmə hələ də tabu kimi qəbul olunur. Heç bir dövlət məmuru demək olar ki, açıq şəkildə problemin müzakirəsini gündəmə gətirmir. Bu səbəbdən problem daha da gərginləşir. Nə valideynlər, nə də müəllimlər, hətta yeniyetmələr özləri də bilmir ki, problemlə necə bacarsınlar. İsveçrədə intiharların profilsaktikası məqsədilə ildə 100 min frank xərclənir. Müqayisə üçün qeyd edək ki, bu ölkədə yol-nəqliyyat hadisələrinin qarşısnının alınmasına ümumilikdə 20 milyon frank sərf olunur. Statistikaya görə, intiharla müqayisədə yol qəzalarında 4 dəfə az adam ölür.
“Turist ölümü” ölkəsi
İsveçrəyə öz xoşuna həyatı ilə vidalşamaq istəyənlərin yarıdan çoxu evtanaziyanın rəsmən qadağan olunduğu qonşu Almaniyadan gəlir. Bu sakit İsveçrə sürətlə “turist ölümü” ölkəsinə çevrilir. Öz xoşuna həyatdan köçməklə bağlı köməklikdə İcveçrənin “Dignitas” şirkəti liderlik edir. Bu şirkətin klinikasında ölümcül xəstəliyə yoluxan və ağır əlillik həddində olan insanlar bir qayda olaraq öldürücü məhlullar qəbul edərək özlərinin həyatdan məhrum etmək imkanı qazanırlar. İsveçrədə də evtanaziya qanunla qadağandır, amma olunan evtanaziyanı həkimlər həyata keçirirlər, əgər arzu edənlər onu şüurlu şəkildə istəyirlərsə, əgər müalicəsi və xəstəliyin ağırlığı ekspert tərəfindən təsdiqlənibsə.
İsveçrənin daimi sakinlıəri üçün prosedur evdə, yaxud “Dignitas”ın icarəyə götürdüyü yerdə keçir. Öldürücü maddə həmin yerdə hazırlanır. Prosedur videokameraya çəkilir, sonra polisə təqdim olunur. Həyatlarına son qoymağı arzulayanlar kamera qarşısında düşünülmüş və öz istəyi ilə öldürücü preparatı içməyə razılıq verdiyini təsdiqləməlidir. Ölüm reallşandan sonra “Dignitas”ın əməkdaşı baş verənin qanuniliyi ilə bağlı araşdırma aparması üçün polisi çağırır. Təşkilat əvəzində, bəzi mənbələrin məlumatına görə, 4 mindən 7 min avroya qədər xidmət haqqı alır. Amma Sürixdəki mütəxəssislər bəyan edirlər ki, evtanaziyaya razılıq verənlərin 25 faizi ölümcül xəstəliyə yoluxanlar deyil.
Modern.az