Modern.az

56 yaşlı kişi uçurumdan yıxılaraq öldü

56 yaşlı kişi uçurumdan yıxılaraq öldü

3 Avqust 2023, 10:26

Gədəbəydə 56 yaşlı kişi uçurumdan yıxılaraq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün baş verib.

 

Məlumata görə, rayon sakini, 1967-ci il təvəllüdlü Tofiq Quliyev Pərvin Məmmədliyə məxsus fərdi yaşayış evinin həyətində ot biçərkən ehtiyatsızlıqdan uçurumun kənarından yıxılıb.

 

Təxminən 10 metr hündürlükdən yıxılan şəxs dünyasını dəyişib.

 

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi