Modern.az

“Vaqner” döyüşçüləri Litva sərhədinə yaxınlaşıb

“Vaqner” döyüşçüləri Litva sərhədinə yaxınlaşıb

Dünya

3 Avqust 2023, 14:26

Hazırda Belarusda yerləşən “Vaqner” muzdlu döyüşçüləri Litva sərhədinə yaxınlaşıb.


Modern.az xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda Polşanın baş naziri Mateuş Moravetski ilə görüşü zamanı deyib.


"Belarus ərazisində yerləşən "Vaqner" döyüşçülərinin sayı artıq 4 mini keçir və ya bu rəqəmə yaxındır. Döyüşçülərin bəziləri sərhədimizə yaxınlaşıb. Qrodno vilayətində mövqelər tuturlar”, - deyə Nauseda bildirib.


Məlumata görə, Polşa və Litvanın nümayəndələri sərhəddə təhlükəsizlik vəziyyəti, “Vaqner” qruplaşmasının yaratdığı təhdidlər, təxribatların baş vermə ehtimalı və onlara qarşı durmağa hazır olduqlarını müzakirə etmək üçün bir araya gəliblər.  
 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı