Modern.az

Çin Rusiya ilə bağlı mövqeyini dəyişir

Çin Rusiya ilə bağlı mövqeyini dəyişir

Dünya

3 Avqust 2023, 17:10

Çin nümayəndə heyətinin Səudiyyə Ərəbistanında keçiriləcək Ukrayna ilə bağlı sülh danışıqlarına qatılacağı ehtimal edilir.  


Modern.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri məlumat yayıb.


Nəşrin yazdığına görə, Çin getdikcə Ukraynadakı müharibənin yaratdığı risklərlə üzləşir. Baxmayaraq ki, Pekin hələ də neytrallığını və Rusiyaya səssiz dəstəyini qorumağa çalışır. Çin üçün ən son qıcıqlandırıcı məqam Rusiyanın “taxıl müqaviləsi”ndən çıxması oldu. Çünki Pekin Ukrayna taxılının ən böyük alıcılarından biri idi.

 
Bundan əlavə, “Vaqner” döyüşçülərinin lideri Yevgeni Priqojinin üsyanı da Pekində Rusiya lideri Vladimir Putinin güclü olması ilə bağlı şübhələr yaradıb.


Müəllifin fikrincə, Çin öz ritorikasını dəyişir və yəqin ki, müharibəni həll etmək üçün Ukraynanın “Sülh formulu”na baxmağa razı olacaq.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır