Modern.az

Bərdə-Ağdam yolunun 90%-i tamamlanıb

Bərdə-Ağdam yolunun 90%-i tamamlanıb

Qarabağ

3 Avqust 2023, 21:19

Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.

 

Modern.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.

 

Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.

 

Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu