Modern.az

Məleykə Abbaszadə: “O ixtisaslara 500-dən az bal toplayanlar qəbul olunmayacaqlar”

Məleykə Abbaszadə: “O ixtisaslara 500-dən az bal toplayanlar qəbul olunmayacaqlar”

Təhsil

2 Avqust 2013, 12:18


Avustun 3-sə keçiriləcıək II qrupun imtahanı bitəndən sonra ixtisas seçimi başlayacaq”. Modern.az saytı xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
“Abituriyentlər sənədləri özləri verib təsdiq etməlidir. Bunlar abituriyentin özündən asılıdır. Vacibdir ki, seçimi abituriyent özü etsin və düzgün qərar versin. IV qrupda imtahandan əvvəl qeyd etmişdim ki, iki növ abituriyentlər var. Qabiliyyət ixtisasi seçənlər və tibb ixtisasını seçənlər. Təəssüf ki, kənd təsərrüfatı ixtisaslarını arzulayanlar yoxdur. Bizdə isə bu sahədə yüksək səviyyəli mütəxəssislərə tələbat var. Tibb Universitetində mülki ixtisaslar üzrə 890 yer var. Və buradakı yerlərə 510-519 arasında bal toplayanlar daxil olacaq. 500-dən aşağı nəticə göstərənlər çətin ki qəbul olsunlar. Müalicə işində 500-dən yuxarı nəticə göstərənlər qəbul olunacaq”.
İlkin məlumatlara görə, bu il abituriyentlərin nəticələri keçən illə müqayisədə aşağıdır.

“Ümumi deyə bilmərik nəticə yaxşılaşıb. Amma tam nəticəni imtahanlar bitəndən sonra deyə biləcəyik”-deyə M.Abbaszadə bildirib.

  Aytən Əliyeva  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım