Modern.az

TQDK sədri: “Valideynlər ixtisas seçimində uşaqlara sərbəstlik verməlidilər”

TQDK sədri: “Valideynlər ixtisas seçimində uşaqlara sərbəstlik verməlidilər”

Təhsil

2 Avqust 2013, 12:51



“Hazırda IV ixtisas üzrə imtahanın nəticəsinə əsasən qabiliyyət imtahanlarına buraxılan şəxslər qabiliyyət imtahanları verirlər. I və III qrupda qabiliyyət imtahanları isə bitib”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bu üç qrup artıq öz seçimini etməlidir.

“Biz bu qruplarla əlaqədar bütün məlumatları və informasiyaları ictimaiyyətə açıq formada təqdim etmişik”.   M.Abbaszadə eyni zamanda IV qrupda balların aşağı salınmasını da izah edib. “IV qrupda biz abituriyentləri 150 balla da müsabiqəyə buraxmağa məcbur olduq. Çünki bizdə yerilən vakant yerlərdən Bakıda Tibb Universitetindən əlavə 1051, regionlarda dövlət ali məktəblərdə 1093 yer var idi və onlardan 545-i yalnız Kənd Təsərrüfatı Akademiyasında idi. Özəl ali mətkəblərdə 330 yer var idi. Biz müsabiqəyə buraxdığımız abituriyentlərin sayı 3203-dür”.   M.Abbaszadə bildirib ki, abituriyentlərin ixtisas seçimini indi etmələri vacibdir. “Çünki biz ikinci mərhələdə boş qalan yerləri elan edəndə yüksək bal göstərən və ixtisaslarını düzgün seçməyən gənclər ikinci mərhələdə həmin ixtisasları seçirlər. İkinci mərhələdə isə hətta həmin abituriyentin seçdiyi ixtisas üzrə müsabiqə şərti yüksələ və o, qəbul olmaya bilər”.  

O eyni zamanda qeyd edib ki, ixtisas seçimi aparan zaman abituriyentə 2 məhdudiyyət ailə tərəfindən qoyula bilər:
“Bunlardan biri gəncin yaşadığı şəhərdə, yoxsa ayrı bir şəhərdə olan ali məktəbi seçməsi, digəri isə abituriyentin dövlət sifarişi yox, ödənişli yerlərdə oxumasına imkanın verilməsidir. Bu iki məsələni valideyn uşaqla birgə müzakirə etməlidir. Amma ixtisas seçimi zamanı qalan proseslərdə valideynlər uşaqlara sərbəstlik verməlidilər”.  

Aytən ƏLİYEVA
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım