Modern.az

Ermənilərin “Talışıstanın səsi” radiosuna qoyulan “maya batıb”

Ermənilərin “Talışıstanın səsi” radiosuna qoyulan “maya batıb”

Təhsil

2 Avqust 2013, 14:01


Modern.az
xəbər verir ki, bu il martın 20-dən fəaliyyətə başlayan “Talışıstanın səsi” radiostansiyası lazımi auditoriyanı toplaya bilməyib. Ermənilərin Qarabağdan, Şuşa radiostansiyasından yayımladıqları “Talışıstanın səsi” radiosu hər gün 1 saat efirdə olur. Radiostansiyanı yaratmaq təşəbbüsü Ermənistanın Kanadadakı keçmiş səfiri, Modus Vivendi mərkəzinin rəhbəri Asra Papyandır.
Şərqşünas alim Papyan çıxışında “Talışıstanın Səsi” radiostansiyasının dinc məqsədlərlə yaradıldığını bildirmişdi. Onun sözlərinə görə proqramın efir vaxtının yarısı talış milli mahnılarına, digər yarısı isə mədəni proqramların yayımına həsr olunub. Radiostansiyanın Şuşadan yayımlanmasına gəlincə Ara Papyanın fikrincə, Dağlıq Qarabağda talışlar yaşamasa da, Şuşanın dəniz səviyyəsindən yüksəkdə yerləşməsi buradan ötürülən radiosiqnalların Azərbaycanın böyük ərazisinə yayılmasına səbə olub.
Radiostansiya ilə bağlı təşkilatçıların böyük ümidlərinin olmasına baxmayaraq, görünən odur ki, “Talışıstanın səsi” gözlənilən effekti verməyib. Adicə radiostansiyanın youtube saytındakı video kanalında dinləyici sayına baxdıqda onların heç 100 nəfərə çatmadığını görürük.
Ermənistanda və Qarabağda dilini bilmədikləri xalqın dilində radiostansiyanın yaradılamsını pisləyən və bunun məqsədəuyğun olmadığını bildirən ermənilərin də sayı çoxalıb.


Vüqar İsmayılov       
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım