Modern.az

Mobil operatorlar nazirliyin ittihamına cavab verdilər

Mobil operatorlar nazirliyin ittihamına cavab verdilər

Təhsil

2 Avqust 2013, 14:07


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorları “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinin ləngiməsi səbəbi ilə məhkəməyə verir. Nazirlik qeyd edir ki, hökumət tərəfindən  maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar  bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir və  nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan dəyib.

  Modern.az məsələ ilə bağlı mobil operatorlardan münasibət öyrənib.   “Bakcell” Şirkəti yaydığı məlumatda mobil nömrələrin daşınmasına start verdiklərini bildirib. Məlumatda “avqustun 1-i 2013-cü ildən etibarən Azərbaycanda MND - Mobil Nömrələrin Daşınması prosesinə start verildi. MND haqqında və yüksək keyfiyyətli Bakcell şəbəkəsinə mövcud nömrə ilə qoşulmaq barədə daha ətraflı məlumat əldə etmək üçün mnd.bakcell.com daxil olun” deyə qeyd edilir.  

  “Azercell Telekom” Şirkətinin Nazirliyin MND xidmətinin həyata keçirilməsi ilə əlaqədar operatorların öhdəliklərini qarşılamamasına dair məlumatla bağlı rəsmi mövqeyi isə belədir:

“Azercell Telekom şirkəti Mobil Nömrə Daşınma Xidmətinin tətbiqinə texniki cəhətdən tam hazırdır. Bu layihənin gerçəkləşməsində müxtəlif qurum və təşkilatlar cəlb edildiyindən, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə həyata keçiriləcək”. 

Aytən ƏLİYEVA   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım