Modern.az

IV qrupun lideri: Gündəlik 12 saat çalışırdım (FOTO)

IV qrupun lideri: Gündəlik 12 saat çalışırdım (FOTO)

Təhsil

4 Avqust 2023, 13:46

I və IV ixtisas qrupları üzrə iyulun 22-23-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, IV qrupdan ən yüksək nəticəni toplayan məzun Həsənzadə Fəxri Anar oğludur.

 

O, Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunudur. Fəxri ikinci mərhələdə 392.5 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur, belə ki, o, imtahanın birinci mərhələsində 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 balla Fəxri Həsənzadəyə məxsusdur.

 

Modern.az IV qrupda ən yüksək nəticə toplayan Həsənzadə Fəxri ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında çox həyəncanlı olduğunu bildirib.

 

"Mən indi çox həyacanlıyam, xəbərim yox idi. İmtahanlara müəllimlə hazırlaşırdım. Birinci blokda imtahandan əvvəl gündəlik olaraq 12 saat çalışırdım, sonra isə hazırlıq saatlarımı azaltdım. Hazırda hansı ixtisası seçəcəyimə tam qərar verməmişəm, amma böyük ehtimalla həkimliyi seçəcəm. Hələ ki, hansı sahə üzrə olacağını dəqiqləşdirməmişəm", - o qeyd edib.

 

1269624

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub